İnsan gözəlliyinin ən önəmli elementlərindən biri dişlərimizdir.Yaxşı qulluq edilməyən dişlərdə qısa zamanda kariyes - çürüklər əmələ gəlir ki, bu da sonra onları itirməyimizlə nəticələnir.AZXEBER.COM dişləri təbii yolla qorumağın yollarını təqdim edir. Təbii qidaları yeməklə həm sağlam dişlərə, həm də gözəl təbəssümə malik olmaq olar.KərəvizKərəviz dişləri iki yolla qoruyur. Belə ki, bu çox çeynəməli tərəvəzdir. Çeynəmə nəticəsində tüpürcək artımı olur ki, bu da çürüklərə səbəb olan bakteriyaları ziyansız edir. Bundan əlavə kərəviz diş və diş ətlərinə masaj təsiri də göstərərək, diş aralarını təmizləyir.PendirPendir dişləri çürüməkdən qoruyur və yeni çürüklərin yaranmasının qarşısını alır. Xüsusilə şirin qidalardan sonra bir dilim pendir yemək məsləhətdir.Yaşıl çayYaşıl çaydakı katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına kömək edir və eyni zamanda xərçəngə qarşı mübarizə vasitəsi rolunda çıxış edir. Dolayısı ilə bu çay ağız xərçəngindən qoruyur. Eyni zamanda ağızda pis qoxuya səbəb olan bakteriyalıda məhv edir.KiviC vitaminin əksikliyi dişləri həssaslaşdırı, onları bakteriyalara qarşı daha dözümsüz edir. Bu vəziyyətlə qarşılaşmamaq üçün kifayət qədər C vitamini qəbul edilməlidir. Bu vitaminin ən yaxşı mənbəyi isə kividir.QatıqKalsiumla bol olan qatığın dişlərə faydasını saymaqla bitirmək olmaz. Kalsium diş itkisinin qarşısını alan ən önəmli maddədir.CəfəriAğız qoxusuna yol aça biləcək qidalar yedikdən sonra cəfəri çeynəmək məsləhətdir. Bu sizin daha xoş bir qoxuya sahib olmağınıza kömək edəcək.ÇiyələkÇiyələk dişlərə və dişətlərinə faydalıdır. Diş daşlarından qurtulmaq üçün təbii vasitədir. Tərkibindəki müxtəlif turşular diş daşlarını təbii yola əridir və onların yaranmasına mane olur.ÇərəzGünəbaxan tumu və çərəzlər dişləri bakteriyalardan qoruyan xüsusi təbəqə yaradan yağlarla zəngindirlər. Bu yağlar diş minasını dahada möhkəmləndirir.AlmaAlmanı qabıqla yemək bir tərəfdən dişləri möhkəmləndirir, digər tərəfdən isə dişləri təmizləyir. Alma, yerkökü kimi meyvə-tərəvəzi dişləyərək yemək məsləhətdir.BalıqBalığın tərkibindəki fosfor sümük və dişin möhkəmliyi üçün vacibdir. Daha sağlam dişlər üçün həftədə bir dəfə balıq yeyilməlidir.