Dj Roşka Hande üçün İstanbula gedir

Dj Roşka Hande üçün İstanbula gedir
MAQAZİN
09:13 06.04.2024
335
Son zamanlar etdiyi remixləri ilə sosial şəbəkələri çalxalayan, "Youtube" trendini ələ keçirən DJ Roşka böyük uğura imza atıb.
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə o, qardaş ölkə Türkiyənin İstanbul şəhərinə yollanmağa hazırlaşır.

Buna səbəb DJ-in işlərinin Türkiyənin məşhur pop sənətçisi Hande Yenerin diqqətini çəkməsi və ona işbirliyi təklif etməsi oıub.
 
Qeyd edək ki, pop ulduz yaxın günlərdə söz və musiqisi həmyerlimizə aid olan mahnını oxuyaraq, klip çəkdirəcək və həmin ekran işi Türkiyənin məşhur "NetD" youtube kanalında paylaşılacaq.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR