Dmitriy Medvedev: Qərblə münaqişə ən pis ssenari üzrə gedir

Dmitriy Medvedev: Qərblə münaqişə ən pis ssenari üzrə gedir
DÜNYA
14:02 31.05.2024
133
"Ukraynada müharibənin şiddətləndiyi bir vaxtda Rusiya Qərblə münaqişənin son mərhələyə çatma ehtimalını gözardı etmək olmaz”.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin nüvə məsələsində blef etmədiyini bəyan edərkən deyib.
 
"Qərblə hazırkı hərbi münaqişə mümkün olan ən pis ssenari üzrə inkişaf edir. Ona görə də heç kim bu gün münaqişənin "son mərhələyə” keçməsi ehtimalını nəzərdən qaçıra bilər”, - deyə o bildirib.
 
Ukraynanın istifadə etdiyi uzaqmənzilli silahların Qərb əsgərləri tərəfindən idarə olunduğunu müdafiə edən Medvedev, bu vəziyyətin hərbi yardım əvəzinə müharibədə iştirak etmək mənasına gəldiyini qeyd edib. 

"Qərb ölkələrinin Rusiyanın taktiki nüvə silahından istifadəsini nəzərə almamasını "səhv" kimi qiymətləndirən Medvedev "Təəssüf ki, bu, nə hədə-qorxu, nə də nüvə blefidir. Hazırda Qərblə hərbi münaqişə ən pis şəkildə inkişaf edir", - deyərək üsyan edib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR