Dmitro Kuleba: "Ukrayna il sonunadək Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq"

Dmitro Kuleba: "Ukrayna il sonunadək Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq"
DÜNYA
17:43 21.08.2023
180
"Ukrayna hakimiyyəti ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqlara başlayacaq".

Bu barədə ölkənin xarici işlər naziri Dmitro Kuleba deyib.

O bildirib ki, rəsmi Kiyev ilin sonuna kimi Avropa Komissiyasının bütün tapşırıqlarını başa çatdırmaq və Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq istəyir: "İndi Aİ-nin yeni gücə ehtiyacı var. Ukrayna Avropa Komissiyasının qarşıya qoyduğu bütün məqsədləri yerinə yetirmək və bu il Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq əzmindədir”.

Xatırladaq ki, Ukrayna 2022-ci ildə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR