"Dönəri bir saat ərzində yeməsəniz..." - AQTA-dan xəbərdarlıq

SAĞLAMLIQ
14:08 22.05.2024
473
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalarda hazırlanan məhsulun istehlakı zamanı diqqət edilməli tələblərlə bağlı maarifləndirici videoçarx hazırlanıb.

AZXEBER.COM xəbər verir ki, məlumata görə, hər bir istehlakçı dönərxanalarda ümumi, lakin hər kəsin bilməsi vacib olan məqamlara diqqət etməklə ilkin qiymətləndirmə apara bilər. Buraya ilk növbədə dönər satılan obyektdə sanitar-gigiyenik qaydalar, eləcə də dönər hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməsi aiddir.

Diqqət edilməsi vacib olan digər məqam isə dönər hazırlamaq üçün istifadə olunan inqrediyentlərin saxlanma şəraiti, xüsusilə temperatur şəraiti və mal qonşuluğu prinsipinin qorunması ilə bağlıdır. Belə ki, çiy ətlə bişmiş ət, həmçinin digər qida məhsullarının yanaşı saxlanılması yolverilməzdir. Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy və bişmiş məhsullar üçün olan avadanlıqlar da (kəsici alətlər - bıçaq, istifadə olunan qablar) ayrılmalıdır. Ət və ya quş əti baytarlıq nəzarətindən keçmiş olmalıdır.

Dönər hazırlamaq üçün istifadə olunacaq çiy ət, eləcə də mayonez və ketçup mütləq tələb edilən temperatur şəraitində saxlanılmalıdır. Həmçinin, ətin, əsas inqrediyentlərdən olan dönər çörəyi və ya lavaşının təzə olub-olmaması, mayonez və ketçupun yararlılıq müddətlərinə də diqqət edilməlidir. İstifadə olunan tərəvəzlərin (pomidor, xiyar, göyərtilər) təmiz yuyulması da vacib şərtdir. Hazırlanmış dönər iki saat ərzində istehlak edilməlidir. İsti aylarda isə bu müddət bir saata kimi qısalır.

Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda "1003 - Çağrı Mərkəzi"nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər