Dodaq dolğusu necə vurulmalıdır? - Tanınmış kosmetoloq açıqladı

TOP4
13:48 29.11.2018
6222
 "Dodaqların böyüklüyü, incə və qalın olması üzün digər üzvləri olan burun, yanaqlar, gözlər, qaşlar, çənə və dişlərlə mütənasib olmalıdır. Bu səbəbdən dodaq dolğusu vurularkən bütün bunlar nəzərə alınmalıdır”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış kosmetoloq Elnarə Rzayeva söyləyib.

Onun sözlərinə görə, müasir kosmetologiyada dodaq dolğusu vurularkən əsasən iki üsuldan istifadə edilir:

"Bunlardan biri xəstənin öz bədənindən götürülən yağ hüceyrələrinin dodaqlara və başqa qırışlara yeririlməsidirsə, digəri dəri hüceyrələrindən, misal üçün qarın və sinə kiçiltmə əməliyyatları zamanı alınan dərilərdən alınan dərialtı hüceyrələri və yağ hüceyrələrinin qarışdırılmasının dodaqlara yeridilməsidir. Biz bu zaman prosesi üzün quruluşunu qorumaq, harmoniyasını nəzərə alaraq həyata keçiririk”.

Dr. Elnarə Rzayeva bildirdi ki, dodaqlar bəzən anadangəlmə, yəni genetik olaraq, bəzən isə yaşla bağlı toxumaların əriməsi ilə incə və nazik olur:

"Dodaqların dolğu ilə doldurulması ağrısız bir prosedurdur. Pasiyent ümumiyyələ heç nə hiss etmir. Digər yandan biz bu prosesi XXI əsrin qızıl standartı – Avropa protokollarına uyğun şəkildə icra edirik”.

Xatırladaq ki, Dr. Elnarə Rzayeva ölkəmizin ən güclü kosmetoloqlarından biridir. Həyata keçirdiyi müalicə prosedurları Avropa protokollarına uyğun - müasir kosmetologiyanın tələbləri əsasında həyata keçirilir.
 
 
Əlaqə telefonu: 

(012) 597-60-40

(055) 776-60-40
 
ÜNVAN:Səməd Vurğun - 92, Maliyyə Nazirliyi ilə üzbəüz

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR