Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək

Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
SOSİAL
15:58 23.09.2026
110
30-31 oktyabr tarixlərində Naxçıvan Dövlət Universitetində "Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı (NASCO29) keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda ölkənin müxtəlif bölgələrindən və elmi istiqamətlərdən olan doktorantların, dissertantların və gənc tədqiqatçıların iştirakı nəzərdə tutulur.

Konfransda Azərbaycan Respublikasının vətəndaşı olub ölkə daxilində və ya xaricdə fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlar, eləcə də Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Yaşı 35-dən yuxarı olmayan elmi dərəcəyə malik şəxslər də konfransa qoşula bilərlər.

Tədbir çərçivəsində elmi məruzə və müzakirələrlə yanaşı, iştirakçılar üçün müxtəlif sosial-mədəni proqramların, o cümlədən turizm səfərləri, əyləncə proqramları və konsertlərin təşkili nəzərdə tutulur. Bölmə iclaslarında fərqlənən iştirakçıların hədiyyə və mükafatlarla təltif olunması da planlaşdırılır. 

Konfransda iştirak ödənişsizdir. Görüş ənənəvi və onlayn formatda təşkil olunacaq. Onlayn iştirakçıların sayı hər bir müəssisə üzrə ümumi iştirakçıların 30 faizindən çox olmamalıdır.

Məqalə və tezislərin qəbulu 1 oktyabr 2026-cı il tarixinədək davam edəcək.

Konfrans, iştirak şərtləri, tezislərin tərtibat qaydaları və qeydiyyatla bağlı ətraflı məlumatı konfrans.ndu.edu.az saytından əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan konservlərlə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan konservlərlə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ