Dollar qısamüddətli bahalaşa bilər

İQTİSADİYYAT
16:52 18.09.2017
1145

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 20-21-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyəcəyi, lakin balansını nə zaman azaltmağa başlayacağı tarixi açıqlayacağı gözlənilir.

"Report"un analitik qrupu bildirir ki, avqust ayında ABŞ-da illik inflyasiya gözləntiləri üstələyərək 1,9%-ə yüksəlib və hədəf - 2% həddinə maksimal dərəcədə yaxınlaşıb. Buna baxmayaraq, FED-in dekabr ayındakı son iclasa qədər inflyasiyanın dayanıqlı olaraq sürətlənməsini gözləmək istəyəcəyi ehtimal olunur. Həmçinin, FED qasırğaların iqtisadi artım tempinə sentyabr-noyabr aylarında necə təsir edəcəyini gözləyərək dekabrda qərar vermək istəyəcək.

Analitik qrup bildirir ki, sentyabr ayında qasırğaların ABŞ iqtisadiyyatına mənfi təsiri müşahidə olunsa da, dağıntıların aradan qaldırılması məqsədilə aparılan sürətli işlər IV rübdə ÜDM artımını kəskin artıracaq. Son rübdə ABŞ-da ÜDM artımının 4% həddinə yaxın olması və hətta bunu üstələməsi proqnozlaşdırılır.

Sentyabr iclasında FED-in 4,5 trln. dollar həcmində olan balansını nə zaman azaltmağa başlayacağı barədə açıqlaması gözlənilir. Qeyd edək ki, FED-in 4,5 trln. dollar həcmində balansının 40%-i və ya 1,8 trln. dollarlıq hissəsi ipoteka qiymətli kağızları, qalan 2,7 trln. dollarlıq hissəsi isə dövlət qiymətli kağızlarından ibarətdir. FED 2007-ci ildə başlayan maliyyə böhranı zamanı maliyyə bazarlarından qiymətli kağızları alıb, əvəzində bazara likvidlik verməyə başlayıb və bununla da böhranın qarşısını ala bilib. Nəticədə, FED 4,5 trln. dollar həcmində balansa sahib olub.

"Report"un analitik qrupu bildirir ki, sentyabrın 20-21-də keçiriləcək iclasda FED balansını azaltmaq barədə tarix açıqlasa, o zaman dolların məzənnəsində yüksəliş müşahidə oluna bilər. Nəticədə, əsas rəqib - avronun məzənnəsi 1,15 USD/EUR səviyyəsinə qədər geriləyə bilər. Lakin, dolların bu yüksəlişi qısamüddətli olacaq. Belə ki, ilin sonuna qədər Avropa Mərkəzi Bankının (ECB) da monetar ekspansiya proqramının başa çatdırılması barədə qərarını açıqlaması gözlənilir. Belə olarsa, avronun məzənnəsi güclənməyə başlayacaq.  və bu əsas cütlüyünün məzənnəsi hazırkı şərtlər daxilində 1,15-1,21 USD/EUR diapazonunda, ABŞ iqtisadiyyatının yavaşlaması durumunda isə qısamüddətli olaraq 1,25 USD/EUR-a qədər yüksəldikdən sonra yenidən geriləyəcək.


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR