Dollar sabahdan bahalaşa bilər -- PROQNOZ

İQTİSADİYYAT
14:49 23.06.2016
4191

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən bugünkü valyuta hərracına satışa 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

Hərracda dollara tələbat yenə də yüksək olub və 480 mln. dollar təşkil edib. Xatırladaq ki, iyunun 21-də keçirilən son hərracda bu göstərici 400 mln. dollardan çox olub.

"Report"un analitik qrupu hesab edir ki, dolların sabaha rəsmi məzənnəsi ən azı 1,5330 AZN/USD-yə çatacağı gözlənilir: "Sonrakı mərhələlərdə isə dollara tələbatın davam etməsi və məzənnənin 1,60-1,65 AZN/USD səviyyəsinə qədər artması proqnozlaşdırılır".

OXŞAR XƏBƏRLƏR