Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu Elmar Qasımovun millidən kənarlaşdırılmasına münasibət bildirib.
O, Oxu.Az-a açıqlamasında onun barəsində yekun qərarın tezliklə veriləcəyini vurğulayıb:
"Bu, onun şəxsi "Instagram” profilidir. Ona qarışa bilmərik. Bununla belə, milli üzvü və ictimai fiqur olduğu nəzərə alınaraq, ona dəfələrlə bu barədə xəbərdarlıq etmişik. Ermənistanda bayrağımızı qaldırmış bir idmançı kimi onu tamamilə silə bilmərik.
Hazırda o, millimizin təlim-məşq toplanışında iştirak etmir. Bizim federasiyada Daimi Fəaliyyət Komissiyası var. Bu məsələ orada müzakirə olunur. Orada, yəqin ki, hansısa qərar veriləcək.
İdmançı özü də başa düşməlidir ki, Olimpiya, dünya və Avropa mükafatçısıdır, gənclər üçün örnək olmalıdır. Onun paylaşdığı bu videolar düzgün deyil və bunun necə əks-səda verəcəyini anlamalıdır”.