Rio Olimpiadasının cüdo üzrə gümüş mükafatçısı Elmar Qasımov yığmadan kənarlaşdırılıb.
AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi xəbərinə görə, idmançı həm son yarışlarda uğursuzluğa, həm də nizam-intizami pozduğuna görə millidən uzaqlaşdırılıb.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk görüşdəcə uduzan idmançı bu səbəbdən millinin Şahdağdakı təlim-məşq toplanışına aparılmayıb.