Dolların alışı 1,82 manata düşdü

Dolların alışı 1,82 manata düşdü
SOSİAL
14:57 06.02.2017
1028
Ötən cümə günü 1 dolları 1.86 manatdan alan banklar, bu gündən alış qiymətlərini 1.82 - 1.85 manat səviyyələrinə endiriblər.
 
Xəbər verirdiyi kimi, bu gün səhər saatlarında Bank of Baku 1 Dolları 1.8450 manatdan almağa başlamışdı.
 
Səhər saatlarında Dolların alışına 1.85 mana təyin edən banklardan biri – Unibank, günorta alış qiymətini 1.82 manata endirib.
 
Banklar bir - bir Dolların alış və satış qiymətlərini aşağı salırlar.
 
Qeyd edək ki, Dollar satan vətəndaşların sayı kəskin artıb. Artıq bir sıra banklar Dolları 2000-5000 dollar limitlə alırlar. Səbəb həmin bankların mənat vəsaitlərinin azlığıdır.
///Marja
OXŞAR XƏBƏRLƏR