Dollarla bağlı təlaşa rəsmi cavab: “Bankların yetərincə valyuta ehtiyatı var”

Dollarla bağlı təlaşa rəsmi cavab: “Bankların yetərincə valyuta ehtiyatı var”
İQTİSADİYYAT
18:18 10.08.2018
8346

Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşlara müraciət etdi

Son günlərdə bir sıra bankların nağd dollar alışına məhdudiyyət tətbiq etməyə başlamasına dair məlumatlar yayılır. Xüsusilə sosial şəbəkələrdə gedən müzakirələrdə bankların qonşu ölkələrdə milli valyutanın kəskin dəyərsizləşməsi ilə əlaqədar ölkədən dollar axınının qarşısını almaq üçün bu addımı atdıqları qeyd olunur. 

Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib. O, "Report”a açıqlamasında bunları deyib: "Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni hansı siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki? Buna görə də dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından Z.Nuriyevin açıqlaması ilə bağlı "Yeni Müsavat”a bildirilib ki, hazırda Azərbaycan banklarında yetərincə dollar ehtiyatı var: "Vəziyyət Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi nəzarətdə saxlanılır. Bankların kifayət qədər valyuta ehtiyatı var ki, müştərilərin istədiyi qədər valyuta satışını həyata keçirib, ehtiyacları tam olaraq qarşılasınlar. Yəni heç bir bank valyuta satışına limit tətbiq etmir. Hər bir vətəndaş yaxınlaşıb banklardan istədiyi qədər valyuta ala bilər. Hər hansı neqativ halla üzləşən vətəndaşlardan xahiş edirik, dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat versinlər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu