Donald Tramp həbsxanaya könüllü gedəcək

Donald Tramp həbsxanaya könüllü gedəcək
DÜNYA
12:09 19.08.2023
241
ABŞ-nin Corciya ştatında seçkilərə müdaxilədə ittiham olunan Donald Tramp Fulton əyalətinin həbsxanasına könüllü şəkildə gedəcək. Bunun avqustun 24 və ya 25-də  baş verəcəyi gözlənilir.

Fulton əyalətinin prokuroru Fulton Feni Uillis daha əvvəl demişdi ki, Tramp və digər müttəhimlərə avqustun 25-dən gec olmayaraq hakimiyyət orqanlarına təslim olmaq əmri verilib.

"Müttəhimlərə qeyd olunan həbsxanaya gəlmək tapşırılıb, onlar burada rəsmi həbs prosedurundan keçəcəklər - onların üzərində axtarış aparılacaq, fotoşəkilləri çəkiləcək, həmçinin barmaq izləri alınacaq. Şərif dəftərxanası vurğulayıb ki, "təqsirləndirilən şəxs istənilən vaxt gələ bilər, həbsxana həftənin yeddi günü, sutkanın 24 saatı açıqdır”.
OXŞAR XƏBƏRLƏR