Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb

Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb
DÜNYA
12:08 31.01.2023
255

ABŞ-nin sabiq dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri üçün "həmişəkidən fərqli seçici ruhunun" olduğunu bildirərək, seçkilərin onun tərəfində olduğunu söyləyib.

Sabiq dövlət başçısı Cənubi Karolina ştatının Kolumbiya şəhərində tərəfdarları qarşısında çıxışı zamanı 2024-cü ildə keçiriləcək seçkilərin ölkənin xilası üçün yeganə şans olduğunu və bunu edə biləcək liderə ehtiyac duyulduğunu deyib.

2020-ci ildə keçirilən seçkilərdə Birləşmiş Ştatların hazırkı Prezidenti Cozef Baydenə məğlub olan Donald Tramp bir müddət öncə dövlət başçısı postu uğrunda mübarizəyə başlamaq barədə qərar qəbul edib.

Ayşən

OXŞAR XƏBƏRLƏR