Donald Trampla bağlı Avropaya XƏBƏRDARLIQ

Donald Trampla bağlı Avropaya XƏBƏRDARLIQ
DÜNYA
13:07 22.12.2023
180
Trampın Ağ Ev administrasiyasını yenidən ələ keçirməsi ehtimalı Avropada narahatlıq yaradıb. 

AZXEBER.COM xəbər verir ki, 2024-cü il prezident seçkiləri öncəsi Trampın irəlidə olduğunu göstərən sorğular yenidən qitədə narahatlıq mənbəyinə çevrilib.

"Financial Times”ın hesabatında ukraynalıların və avropalıların Co Baydenin Oval kabinetdə olması "şanslı” olduqları, lakin gələn il keçiriləcək seçkilər öncəsi "həyəcan zənglərinin çaldığı” bildirilib.

Təhlildə "Trampın Ağ Evə qayıtması ehtimalı ilə üzləşən avropalılar fırtınaya hazır olmalıdırlar”, - deyilib.

Trampın ikinci müddətinin birincisindən daha pis olacağı iddia edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR