Dondurma alarkən diqqətli olun - Qurumdan xəbərdarlıq

Dondurma alarkən diqqətli olun - Qurumdan xəbərdarlıq
SAĞLAMLIQ
15:52 06.06.2022
655
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dondurmalarla bağlı vətəndaşlara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, Agentlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal edilən qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

"Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər".

Agentlik insanları dondurma alarkən diqqətli olmağa çağırır:

"Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qadığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir. Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO