Donetskdəki separatçılar Ukrayna ordusuna ultimatum veriblər. Musavat.com-un məlumatına görə, özlərini “özünümüdafiə könüllüləri” kimi təqdim edən separatçılar bəyan ediblər ki, əcər Ukraynanın Milli Qvardiyası Donetsk vilayətindəki postları boşaltmasa, onlara qarşı güc tətbiq olunacaq.