Donetsk vilayətinin atəşə tutulması nəticəsində 3 mülki şəxs ölüb, 8-i yaralanıb

Donetsk vilayətinin atəşə tutulması nəticəsində 3 mülki şəxs ölüb, 8-i yaralanıb
DÜNYA
20:39 12.09.2022
301
"Ukraynanın Donetsk vilayətində yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində bir gündə 3 mülki şəxs ölüb, 8 nəfəri yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi dövlət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

"Sentyabrın 11-də Donbasda - Velyka Novoselka, Romanovka və Baxmutda ümumilikdə 3 dinc sakin ölüb, daha 8 nəfər yaralanıb”, - o məlumat verib.

Ümumilikdə, Donetsk vilayətində genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri 834 nəfər ölüb, 2079 mülki şəxs yaralanıb. Buraya Mariupol və Volnovaxada itkilər daxil deyil.
OXŞAR XƏBƏRLƏR