Türkiyənin Səhiyyə Nazirliyi soyuq qış havası ilə birlikdə H1N1 virusu - yəni donuz qripinin də yenidən yayılmağa başladığını bildirib. 2009-2010 illərində 17 min insanın ölümünə səbəb olan H1N1 virusu yenidən artmağa başlayıb (qafqazinfo). Bu il Türkiyədə H1N1 virusunun qarşısı peyvənd olunmaqla alına bilinib.
Amma ən təhlükəlisi bu il Amerikada donuz qripinin yeni bir formasının yayılmasıdır. H3N3v adlı yeni virus ABŞ-da artıq 12 kişidə qeydə alınıb. Amma virusla mübarizə üçün bu ölkədə artıq onlarla laboratoriya işə başlayıb. Bununla bərabər yenə də hər kəsin peyvənd olunması vacibdir.