"Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir"

"Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir"
SİYASƏT
14:01 25.04.2025
164
Doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

"Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük. Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına böyük töhfə verəcək”.
OXŞAR XƏBƏRLƏR