"DOST Agentliyi 3 beynəlxalq ISO sertifikatına layiq görülüb”.
AZXEBER.COM xəbər verir ki, bu barədə DOST Agentliyinin "2025-ci ilin yekunları” ilə bağlı keçirilən mətbuat konfransı zamanı məlumat verilib.
Bildirilib ki, DOST Agentliyi Böyük Britaniyanın "GCL International” sertifikatlaşdırma təşkilatının ISO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi),
Türkiyənin "MSC” sertifikatlaşdırma təşkilatının ISO 37001:2025 (Korrupsiyaya qarşı idarəetmə sistemi) sertifikatına layiq görülüb.
Şahanə Ziyad










































