Xırdalan şəhərində inzibati binada baş verən yanğın söndürülüb.
Bu barədə AZXEBER.COM-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Qeyd edək ki, yanğın DOST Mərkəzində baş verib.