"Dostluq və qardaşlıq əlaməti"

"Dostluq və qardaşlıq əlaməti"
SİYASƏT
12:31 13.04.2023
592
Ölkə başçısı İlham Əliyevin Qazaxıstana rəsmi səfəri zamanı Ulu Öndər Heydər Əliyevə böyük hörmət və ehtiram dolu münasibət bu ölkədə xüsusilə nəzərə çarpırdı. Qazaxıstan Prezident Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər. 
Bu gün çox yüksək səviyyədə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin əsasını dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirmiş olduğu düşünülmüş siyasət təşkil edir. Eyni zamanda, xalqlarımızın eyni soy-kökə məxsus olmaları ölkələrimizin münasibətlərini möhkəmləndirən başlıca amillərdəndir. Qazaxıstanda da Ulu Öndər Heydər Əliyevi insanlar dərin hörmətlə xatırlayır və ölkələrimizin yüksək əlaqələrə malik olmasında dahi şəxsiyyətin danılmaz xidmətlərinin olduğunu bilirlər. Astanada Ulu Öndərin adına küçənin verilməsi bu deyilənlərə bariz sübutdur. Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri zamanı Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi də keçirildi. Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Dahi şəxsiyyətin adını daşıyan küçənin açılış mərasində Prezident cənab İlham Əliyev Ulu Öndər haqqında xatirələrini bölüşərkən bildirdi ki, Heydər Əliyev ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik edib. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Məhz Ulu Öndər Heydər Əliyevin Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməlin qoyulması dövrü oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ulu Öndərin əsas vəsiyyəti idi və artıq bu vəsiyyət yerinə yetirilib. Dahi şəxsiyyət Heydər Əliyev hər zaman türk dünyasını daha sıx birləşdirmək üçün də əlindən gələni edirdi. Bu gün Ulu Öndərin bu arzusu da təmin edilib və beynəlxalq arenada böyük nüfuz sahibi olan Türk Dövlətləri Təşkilatı yaradılıb. Təşkilatın əsas üzvlərindən biri də məhz ölkəmizlə yüksək dostluq münasibətləri olan Qazaxıstandır. Prezident cənab İlham Əliyevin bu ölkəyə səfəri zamanı imzalanan yeddi adda sənəd isə ölkələrimiz arasında olan əlaqələri daha da möhkəmləndirəcəkdir. Bundan sonra da ölkələrimiz arasında müxtəlif sahələri əhatə edəcək münasibətlər daha da inkişaf edəcək və iqtisadi imkanların artmasında əlavə zəmin yaradacaqdır.
Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib:
"Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir”. Dövlət başçımız həmçinin, qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.


Naftalan şəhər sakini Faiqə Ağayeva

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
16:31 14.03.2025
Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
16:18 14.03.2025
​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
16:16 14.03.2025
“City Garden Narimanov”da qısa müddətdə təhvil veriləcək mənzillər faizsiz kreditlə!
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
16:09 14.03.2025
Magistraturaya qəbul nəticələri - Maksimum 97.5 bal toplanıldı
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq
16:04 14.03.2025
Bukmekerlərin proqnozuna görə İsveç yenidən qalib olacaq
"Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi"
15:46 14.03.2025
"Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi"
AccessBank  BlueOrchard Fondundan $8 mln kredit cəlb edib
15:29 14.03.2025
AccessBank BlueOrchard Fondundan $8 mln kredit cəlb edib
"Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilib"
15:27 14.03.2025
"Qlobal Bakı Forumu mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformaya çevrilib"
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
15:08 14.03.2025
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
Aİ Ədalət Məhkəməsi PKK-nın etirazını rədd etdi
15:02 14.03.2025
Aİ Ədalət Məhkəməsi PKK-nın etirazını rədd etdi
"Xərçəng olduğumu çəkiliş meydançasında öyrəndim" - Canan Ergüder
15:00 14.03.2025
"Xərçəng olduğumu çəkiliş meydançasında öyrəndim" - Canan Ergüder
Sürücülərin nəzərinə: Martın 17-si saat 06:00-dan...
14:51 14.03.2025
Sürücülərin nəzərinə: Martın 17-si saat 06:00-dan...
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
14:40 14.03.2025
Mirzoyan: Ermənistan-Türkiyə normallaşma prosesi davam edir
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
14:30 14.03.2025
İstirahət günlərində Milli parklarda gözlənilən hava şəraiti açıqlandı
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
14:13 14.03.2025
Putin ötən gün Trampın xüsusi nümayəndəsini qəbul edib
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı
13:46 14.03.2025
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı