"Dostluğumuz nə qədər güclüdürsə, hiddətimiz də bir o qədər amansızdır"
MAQAZİN
15:40 26.06.2012
1930
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gözlənilən çıxışını edib. O, hakim "Ədalət və İnkişaf Partiyası"nın qrup toplantısında Türkiyə hərbi təyyarəsinin Suriya tərəfindən vurulmasına münasibət bildirib. Ərdoğan Türkiyə təyyarəsinin Suriya hava məkanında deyil, beynəlxalq ərazidə vurulduğunu bildirib. O, Türkiyənin Suriya ilə qonşuluq münasibətlərində olduğunu, regionda heç vaxt Suriyaya düşmən olmadığını bildirib və vurğulayıb ki, Türkiyə kimi dostu olan həmişə bu dostluqdan arxayın olmalıdır. Baş nazir həmçinin qeyd edib ki, Türkiyənin dostluğu nə qədər güclüdürsə, hiddəti də bir o qədər amansızdır.