Türkiyəli aktyor İlhan Şeşen “Gizli” (“Saklı”) adlı yeni filmə çəkilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şeşen filmdə qızının rəfiqəsiylə eşq macərası yaşayan kişini canlandırıb. Onun rol yoldaşı isə Türkü Turandır.
“Türkünün uşaqlığını bilirəm, atası dostumdur. Buna görə də öpüşmə səhnələrində çox çətinlik çəkdim”, - deyə İlham Şeşen bildirib.
Qeyd edək ki, filmin 22 apreldə təqdimatı keçiriləcək. (qafqazinfo.az)