Doğu Perinçek: Ermənilər Paşinyan kimi şoumenlə heç bir problemi həll edə bilməyəcək - ÖZƏL MÜSAHİBƏ

Doğu Perinçek: Ermənilər Paşinyan kimi şoumenlə heç bir problemi həll edə bilməyəcək - ÖZƏL MÜSAHİBƏ
SİYASƏT
14:20 03.05.2019
3273
"Qarabağın ermənilər tərəfindən işğalı sona çatacaq"
 
Türkiyənin "Vətən" partiyasının sədri Doğu Perinçekin AZXEBER.COM-a  Azərbaycan - Ermənistan münasibətləri, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müsahibə verib.
 
Həmin müsahibəni təqdim edirik:

- Türkiyə - Azərbaycan münasibətlərini necə dəyərləndirirsiz? 

- Türkiyə və Azərbaycan eyni kökdən, eyni soydan gələn xalqlardır. Biz Azərbaycanı özümüzdən kənar tutmuruq. Azərbaycan gülərsə biz gülərik, üzelərsə biz üzülərik. Biz 1 millət, 2 dövlətik. Hər zaman da xalqlarımız bir olub. Bu baxımdan düşünürəm ki, bu gün də həm dövlətlərimiz, həm xalqlarımız, həm də siyasətçilərimiz dostluq və qardaşlıq münasibətindədir. Biz də "Vatan” partisi olaraq Azərbaycana qucağımızı açmışıq, bizim partiya azərbaycanlıların öz evi kimidir.

- Siz erməni soyqırımının yalan olduğunu Avropa Məhkəməsində ermənilərə sübut etmiş siyasətçisiz. Sizcə Azərbaycan və Türkiyə haqq səsini dünyaya çatdırmaq üçün nə etməlidir?
 
- Ermənilərin bacardığı bir şey var ki, bərkdən qışqırmağı sevirlər. Bəli, mən İsveçrə məhkəməsində ermənilərə qalib gəlmişəm və sübut etmişəm ki, onlara qarşı soyqırım edilməyib. Soyqırımı sübut etmək üçün məhkəmə qərarı olmalıdır, bu yoxdursa qalanı təfərrüatdır. 1992-ci ildə Xocalıda da azərbaycanlılara qarşı amansızlıq yaşandı, orada yaşayanlar türk kökənli olduğuna görə soyqırıma məruz qaldı. Biz səsimizi duyurmaq üçün bir olmalıyıq, eyni nöqtəyə vurmalıyıq. Məncə biz güclənsək, dünya da bizim nə dediyimizi qəbul etməyə məcbur olacaq.
 
- Sizcə Dağlıq Qarabağ probleminin həlli sülh yoxsa müharibə yolu ilə mümkündür?
 
- Silahdan istifadə olunmadan bu problemin həlli mümkündür. Azərbaycan və Türkiyənin gücü qarşısında Ermənistanın təslim olacağını düşünürəm. Türkiyə və Azərbaycan İran və Rusiya ilə münasibətləri yaxşılaşdırsa, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. Məhz bundan sonra da Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı sona çatacaq. Ancaq müharibədən də qorxmaq lazım deyil. Burada əsas şərt Rusiya və İranla anlaşmaqdır.
 
- Bilirsiz ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlib və populist, şou tipli çıxışlarla diqqət cəlb etməyə çalışır. Sizcə Paşinyanın bu problemin həllində maraqlıdır?
 
- Ermənilərin heç bir köklü dövlət strukturu yoxdur. Onlar türklər kimi deyil. Məhz buna görə də bu işğalı sona qədər davam etdirmək şansları yoxdur. Ermənistan hökümətinin Paşinyan kimi şoumenlə heç bir problemi həll edə bilməyəcək. Buna görə də Ermənistan höküməti azərbaycanlılar və türklərlə münasibəti yaxşılaşdırmalıdır. Ermənistan dövlətinin başına xalqlarını düşünən, inkişafa aparan, şoumenlikdən uzaq insan gəlməlidir. Bu halda Ermənistan işğalçı siyasətindən əl çəkər və bölgəyə sülh gələr. 
 
- "Vatan" partiyasının proqramında Dağlıq Qarabağ probleminin həlli yer alıbmı?
 
- Bəli, bayaq da qeyd etdiyim kimi, Dağlıq Qarabağ probleminin həllində Türkiyə hər zaman Azərbaycanın yanında olub və olacaq da. Azərbaycanın problemi Türkiyənin də problemidir. Biz də partiya olaraq Qarabağ məsələsini proqramımıza daxil etmişik və bildirmişik ki, bu məsələdə Rusiya və İran faktoru çox önəmlidir. Amerika hər zaman bu bölgəni qarışdırmağa çalışır, biz bu şeylərə aldanmalı deyilik. Regionda hakim olan ölkələrlə dost olsaq, Qarabağ problemi də həll olunacaq. O gün uzaqda deyil.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY