Doğum günü faciə ilə bitdi - Gənc ölü tapıldı

Doğum günü faciə ilə bitdi - Gənc ölü tapıldı
DÜNYA
13:07 13.12.2022
399
Doğum günü faciə ilə bitib. 
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Leventdə 15 nəfərlik qrupun spirtli içkili ad günü gecəsi faciə ilə bitib. 
 
Beşiktaş Leventdə baş verən hadisədə axşam saatlarında yaşadığı Maltepe Zümrütevlər Məhəlləsindəki evindən çıxan 32 yaşlı Erdi Erden əmisi oğlu Gökhan A-nın sahibi olduğu və işlədiyi reklam agentliyinə gəlib. Burada agentliyin əməkdaşının ad gününə toplaşan 15 nəfərə yaxın qrup spirtli içki məclisi keçirib.
 
Gecənin sonunda özünü pis hiss etdiyi üçün evə gedə bilməyəcəyini deyən reklam yazarı Erdi Erden ertəsi gün oturduğu yerdən yıxılaraq ölü tapılıb.
 
Çantasında 2 ədəd hazır narkotik vasitə ilə aparılan 32 yaşlı yeniyetmə yüksək dozada spirtli içkilər və narkotik maddələr qəbul etdiyi üçün infarkt keçirdiyi ehtimalı var.
 
Günel

 
 

OXŞAR XƏBƏRLƏR