Cənubi Afrikada doğum günü şənliyi zamanı məclisə hücum edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrikanın Şərqi Cape bölgəsində doğum günü şənliyinə silahlı hücum ölkəni ayağa qaldırıb.
Bildirilib ki, iki silahlı şəxs doğum günü iştirakçılarına güllə ataraq 8 nəfəri öldürüb, 3 nəfəri yaralayıb.
Polis dünən axşam saatlarından baş verən hadisədən sonra qaçan təcavüzkarların axtarışlarının davam etdiyini açıqlayıb.
Ayşən