Dovşan ilində nələr olur?

MARAQLI
19:21 03.01.2011
2345

Yeni iliniz mübarək! Şərq təqviminə görə 2011 - Dovşan ilidir. Çin təqviminə əsasən il ağ dovşan ili sayılır. Maraqlıdırsa, müxtəlif mənbələrdən götürdüyüm Dovşan illərində baş verən iqtisadi və siyasi hadisələrin bəziləri ilə sizi də tanış edim, yaddaşınız təzələnsin. Əsasən dünya miqyasında nəzərə çarpan və bu və ya digər baxımdan az-çox bizə də dəxli olan məqamları nəzərə almağa çalışmışam.

Əvvəlki Dovşan illərində mühüm tarixi hadisələr bav verib: İkinci dünya müharibəsi başlanıb, ABŞ prezidenti Con Kennedi öldürülüb, dünya birjaları «qara bazar ertəsi» yaşayıb, SSRİ-də böyük quraqlıq olub, Yeltsin hakimiyyətdən gedib, 19 yaşlı alman vətəndaşı Matiasç Rus öz təyyarəsini Qızıl meydana endirib. Daha nələr, nələr olub. 
Keçən əsrin başlanğıcından bəri düz 10-cu Dovşan ilidir ki, bunu da yaşayacağıq, inşallah! Zodiak üzvləri hər 12 ildən bir təkrarlanır axı. Başlayaq 1903-dən.

1903-cü il:
Formal olaraq bu ildə üç il əvvəl, 1900-cü ildə başlamış dünya maliyyə böhranı sona çatdı.
1903-cü ildə ABŞ-da dünyanın ən iri avtomobil şirkətlərindən biri olan Ford Motor Company-nin  əsası qoyulub. Bu ildə Uorner qardaşları Pensilvaniyada ilk kinoteatr açıblar.

1915-ci il:
Ermənilərin iddia etdikləri qondarma "erməni soyqırımı" ili kimi tarixə düşüb.
Nyu-York əczaçısı Uilyams Maybeline şirkətini yaradıb. İndi bu şirkətin kosmetik məhsulları dünyanın 90 ölkəsində satılır. Brend L’Oreal-a məxsusdur.

1927-ci il:
SSRİ-də növbəti taxıl böhranı ilidir.
Bu ildə İsveçdə Volvo şirkəti təsis olunub. Eyni zamanda Avstriyanın Raiffeisen Zentralbank banklar qrupu və dünyanın ən iri neftservis şirkətlərindən biri olan Schlumberger təsis edilib.

1939-cu il:
Sentyabrın 1-də alman qoşunlarının Polşaya girməsi ilə İkiknci  Dünya Müharibəsi başlanır.  Həmin il SSRİ Millətlər Liqasından qovulur.
ABŞ-da aviadaşımalar üzrə 6-cı yerdə olan US Airways şirkəti təsis edilib. İndi şirkət 200-dən çox istiqamətdə reyslər yerinə yetirir.

1951-ci il
SSRİ-də beşinci beşillik başlanır. Stalin xəstələnir. Kapustin Yarda kosmosa içərisində Dezik və Tsıqan ləqəbli itlər olan raket buraxılır.
Bu il Mərkəzi televiziya studiyası yaradılır. İsveçdə  tanınmış qablaşdırma şirkəti Tetra Pak, Çində ən böyük banklardan biri- The Agricultural Bank of China yaradılır.

1963-cü il
Noyabrın 22-də ABŞ prezidenti Con F. Kennedi, bir neçə gündən sonra isə qətlin rəsmi şübhəli şəxsi sayılan Li Xarvi Osvald öldürülür.
İlk kosmonavt qadın - Valentina Tereşkova kosmosa çıxır. Danimarkada ECCO ayaqqabı şirkəti yaradıdır. ABŞ-da ilk kompüter siçanı ixtira olunur. Həmin ildə həddən artıq maliyyə xərclərinə görə ABŞ-ın Alkatras həbsxanası bağlanılır. Onun ən məşhur sakinlərindən biri qanqster Al Kapone idi.

1975-ci il:
SSRİ-də güclü quraqlıq olur. Amerikada prezident Cerald Forrda iki dəfə sui-qəsd cəhdləri olur. Nyu-Yorkda maliyyə böhranı qızışır.
Bu il maliyyə indeksi Dow Jones-un tarixində ən uğurlu il olur. Həmin il Microsoft i Pernod Ricard şirkəti yaradılır.
Akademik Saxarov Nobel sülh mükafatı alır.

1987-ci il:
«Qara bazar ertəsi» - 19 oktyabrda sənaye indeksi Dow Jones bütün tarixi ərzində birdən-birə 22,6 faiz aşağı düşür. Bu, Britaniyada, Honkoqda, Kanada və Avstraliyada birjaların çökməsinə səbəb olur. Dekabrda ABŞ dolları tarixində ən aşağı qiymətə satılır.
SSRİ-də Böyük Vətən Müharibəsindən sonra ilk dəfə ərzaq talonu sistemi işə düşür. Almaniyalı 19 yaşlı gənc bütün radarlardan keçərək təyyarəsini Qızıl meydanda yerə endirir.

1999-cu il:
Avro dünya maliyyə bazarında haqq-hesab valyutası kimi təqdim edilir. Yeltsin işdən gedir.
Birləşmə nəticəsində Exxon Mobil şirkəti yaranır və 336,5 milyard dollar vəsaiti ilə FE 500 reytinqinə görə dünyada birinci yeri tutur.

2011-ci il
Yaşayarıq - görərik. Proqnozlar alabuladır. Allah axırını xeyir eləsin.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR