Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.
AZXEBER.COM Kriminalqafqaz-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.