“Dörd ayda vergi və gömrük orqanları 400 milyonadək əlavə vəsait toplayıb”

“Dörd ayda vergi və gömrük orqanları 400 milyonadək əlavə vəsait toplayıb”
SİYASƏT
17:07 09.05.2019
3809
"Əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq”.

AZXEBER.COM xəbər verir ki,bunu prezident İlham Əliyev DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində könüllülərlə görüşündə deyib:

"Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik.

Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY