Dörd Perinatal Mərkəzin direktoru işdən çıxarılıb

Dörd Perinatal Mərkəzin direktoru işdən çıxarılıb
SOSİAL
16:41 22.11.2016
1204
 
Hər il ana ölümünə görə həkimlər, baş həkimlər, bəzi müəssisələrin direktorları cəzalandırılır. Bu ilin 9 ayında Azərbaycanda qeydə alınan ana ölümü ilə bağlı 4 Perinatal mərkəzin direktoru və 10-a yaxın həkim işdən çıxarılıb.

Bunu APA-ya Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. Onun sözlərinə görə, ana ölümləri səbəbindən Quba, Gəncə, Şəki və Sabirabad Perinatal mərkəzlərinin direktorları işdən çıxarılıb və müəssisənin rəhbərliyi tamamilə dəyişilib. Komissiya sədri qeyd edib ki, işdən çıxarılanlar arasında rəhbər işçilərlə yanaşı, cərrahiyyə və doğuş şöbəsinin müdirləri, cərrah, ginekoloq, anestezioloq, hətta kənddə antonental qulluğu yararsız yerinə yetirən tibb bacısı - "mamaça" da var.

 
S.Məmmədova vurğulayıb ki, ölkədə ana ölümlərinin azalması istiqamətində işlər görülür. 1993-cü ildə ana ölümü hər 100 min diri doğulmaya 60, 1994-cü ildə 70, 1996-cı ildə isə 57 olmuşdusa, son illər bu rəqəmlər stabil olaraq, 25-26-dan yuxarı qalxmır: "Bu da Səhiyyə Nazirliyi və dövlətin bu problemə olan diqqətin nəticəsidir. Respublikada baş verən ana ölümləri dərhal təhlil olunur, tibbi məhkəmə ekspertizadan keçdikdən sonra səbəblər Doğuşayardım Komissiyasında araşdırılır, rəy verilir, müvafiq dinləmələrdən sonra komissiyanın qərarı açıqlanır. Tibbi yardımın təşkili şöbəsi bu qərardan asılı olaraq cəza tədbirləri görür. Son illər ana ölümünün strukturu da dəyişilib. İndiyə kimi ekstrogenetal xəstəliklər, hamiləliklə əlaqəli olmayan xəstəliklər, qanaxmalardan baş verirdisə, son illər eksrogenetal xəstəliklərin, eklampsiya, preeklampsiya müalicəsinə yanaşmaların dəyişilməsi, müasir texnologiyaların istifadəsi, vaxtında diaqnoz qoyulması nəticəsində ana ölümündə rəqəmlərin azalmasına nail olunub".
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
23:13 05.03.2025
Türkiyədə yoldan çıxıb aşan yük maşını alova büründü
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib