DSX-dən İranla sərhəddə insidentlə bağlı - Açıqlama

DSX-dən İranla sərhəddə insidentlə bağlı - Açıqlama
SİYASƏT
17:34 26.06.2018
4842

İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rezayi iyunun 21-də Azərbaycanın Cəlilabad rayonu ərazisində, İranla sərhəddə baş vermiş insident barədə açıqlama verib.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, Q. Rezayi yerli "Tasnim” xəbər agentliyinə müsahibəsində toqquşmanın müştərək sərhəd nöqtəsində deyil, sərhəddən 2 km aralıda, Azərbaycan Respublikasının daxilində baş verdiyini və bunun İran-Azərbaycan sərhədinə heç bir aidiyyəti olmadığını iddia edib.

Q.Rezayinin açıqlaması ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, hadisədən dərhal sonra ictimaiyyətə dolğun və faktlara əsaslanan məlumat verilib: "Bildiririk ki, 2018-ci ilin 21 iyun tarixində, saat 02:45 radələrində, DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər. Hadisə yeri və oraya baxış keçirilməsini özündə əks etdirən görüntülər də tərəfimizdən yayımlanıb”.

 

Xatırladaq ki, iyunun 21-də Cəlilabad rayonu ərazisində, İranla sərhəddə sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və onların qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Əsgər R. Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:34 14.10.2026
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
17:23 14.10.2026
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başladı - FOTOLAR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO