DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

SİYASƏT
14:42 05.06.2020
1957
"İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan "hayzinvor.am” saytında yerləşdirilmiş materialda erməni silahlı qüvvələrinin ölkənin şimal-şərqində Azərbaycan ilə dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində düşmən tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir”.

Bu barədə DSX-dən bildirilib. 

Qeyd olunub ki, əksinə, DSX-nin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR