DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxıldı

DSX-nin Akademiyasında baş verən yanğında zərərçəkənlər evə buraxıldı
SOSİAL
15:47 07.12.2022
110
Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: "Onlar ambulator müalicə üçün evə buraxılıblar".

Qeyd edək ki, yanğında 14 nəfər tüstüdən zəhərlənmişdi.
OXŞAR XƏBƏRLƏR