Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətin vəzifəli şəxslərinin barəsində seçilən qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.
"Report” xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclaslarda istintaq orqanının təqdimatları təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan tədbirləri üç ay müddətinə uzadılıb.