DTX daha bir əməliyyat keçirdi - Bir nəfər həbs edildi

SOSİAL
12:19 02.05.2020
3209
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb.

DTX-dan AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb, sonuncunun idarə etdiyi motosikletə və üzərinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə - 15 kiloqram 346 qramdan artıq heroin və psixotrop maddə olan 962,1 qram metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılmış, İsrafil İsmayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda bu cinayət əməllərinin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:08 29.09.2020

Gürcüstan gömrükçülərindən erməni separatçılarına növbəti zərbə

23:50 28.09.2020

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

23:38 28.09.2020

“Caliber” Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbiçilərinin görüntülərini əldə edib - VİDEO

23:19 28.09.2020

Son dəqiqə! Müdafiə Nazirliyi hərbi təyyarəmizin vurulması xəbərini təkzib etdi

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

21:05 28.09.2020

Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

21:03 28.09.2020

Düşmən tərəfindən atılan mərmilərdən biri Tərtərdə Polis Şöbəsinin həyətinə düşdü

X Mostbet