DTX idarə rəisinin həbsi ilə bağlı açıqlama yaydı

SİYASƏT
18:42 10.07.2020
2120
Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

AZXEBER.COM-un xəbərinə görə, DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:52 12.08.2020

Prezident İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq etdi - SİYAHI

15:39 12.08.2020

Məhərrəm ayında toy etmək olarmı? - Hacı Şahindən açıqlama

15:23 12.08.2020

Azərbaycan Premyer Liqasında mövsümün püşkü atıldı

15:16 12.08.2020

İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR

15:06 12.08.2020

15 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı hökmdən protest verildi - RƏSMİ AÇIQLAMA

14:57 12.08.2020

Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA

14:52 12.08.2020

Nazirlikdən 190 manatla bağlı açıqlama: Nə vaxt veriləcək?

14:49 12.08.2020

Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı

14:40 12.08.2020

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

14:36 12.08.2020

Həbib Nurməhəmmədov: "Castin Geyci ilə döyüş ilin ən yaxşısı olacaq"

14:22 12.08.2020

"Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir" - Hikmət Hacıyev

14:14 12.08.2020

Təhsil Nazirliyindən yeni dərs iliylə bağlı - AÇIQLAMA

14:08 12.08.2020

COVID-19 xəstəsi yaşadığı yeri tərk etdiyinə görə saxlanıldı

13:43 12.08.2020

Azərbaycanda dərslər bu formatda keçiriləcək?

13:36 12.08.2020

“Türkiyə və Azərbaycan arasında səfərlər pasportsuz olmalıdır” - Çavuşoğlu

13:33 12.08.2020

Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər - VİDEO

X Mostbet