“DTX kimliyindən asılı olmayaraq hər kəsə qanunun tələblərinə uyğun münasibət göstərir” - Deputat

“DTX kimliyindən asılı olmayaraq hər kəsə qanunun tələblərinə uyğun münasibət göstərir” - Deputat
SİYASƏT
13:11 11.05.2020
1547
Azərbaycanda aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olur.

Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunub.

Bes bu əməliyyatların cəmiyyət üçün önəmi nədən ibarətdir? 

AZXEBER.COM bu sualla millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafaya müraciət edib. 

O DTX-nın əməliyyatları olduqca uğurlu və peşəkar şəkildə həyata keçirdiyini deyib: 

"Hesab edirəm ki, bu olduqca vacib əməliyyatlardır. Bu dövlətin imicini yenidən cəmiyyətdə qaldıran, eyni zamanda ölkə prezidentinin göstərdiyi istiqamətlərdə həqiqətən də prinsipial bir xəttin artıq gündəmdə və aktual olduğunu isbatlayan addımlardır. 

DTX-nın son vaxtlar öz funksiyasına uyğun, xüsusi peşəkarlıqla bu işləri həyata keçirməsi cəmiyyətdə rəğbətlə qarşılanır. Kimliyindən asılı olmayaraq icra başçıları hakimiyyətin ən yaxın adamları olsalar da, hamısına  qarşı qanunun tələblərinə uyğun olaraq münasibət ortaya qoyulur və bundan sonra da belə olacaq. Bu olduqca vacibdir. Bu həm də kimin yaxında ya uzaqda olmasının heç bir fərqi olmadığına işarədir. 

Həmçinin DTX-nın əməliyyatları onu göstərir ki, əməliyyatlar haqda məlumat başqa yerə sızdırılmadan həyata keçirilir. Bu olduqca önəmlidir. Əgər məlumat sızsaydı, cinayətkarlar əvvəlcədən tədbirlərini görə bilər, cinayətlərini ört-basdır etməyə çalışardılar. Belə bir peşəkar qurumun fəaliyyəti və uğurlu əməliyyatları Azərbaycan üçün hüququn, qanunun dirçəlişi üçün vacib bir amildir. 
 
Düşünürəm ki, bu əməliyyatlar davam etdirilməlidir. Bir çox sahələrdə eyni nöqsanların şahidi oluruq, bu  mütləq düzəldilməlidir. Bu cür qanunsuzluqların qarşısını almaq üçün insanlar da bu siyasəti dəstəkləməlidir ki, davamlı olsun.
 
İslahatların davamı olan bu addımların davamlı olacağını deyə bilərikmi? sualına millət vəkili belə cavab verib: "Əlbəttə, bu hal davam etdirilməlidir. Çünki təkcə bir sahədə deyil, bir çox sahələrdə korrupsiya ən primitiv formalarından tutmuş, ən mürəkkəb formalarına qədər kök atıb. Mütləq bunu qazıyıb, çıxarmaq lazlmdır. Bu əməliyyatların davamlı olacağını düşünürəm”.
 
Günel Hüseynli
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
18:39 06.10.2026
Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir
18:32 06.10.2026
ÜST Rusiyada laboratoriya əməkdaşının ölümünü izləyir