"DTX-nin dini ekstremistlərə qarşı əməliyyatı onları maliyyələşdirən dairələri ayıltmalıdır"

"DTX-nin dini ekstremistlərə qarşı əməliyyatı onları maliyyələşdirən dairələri ayıltmalıdır"
SOSİAL
15:37 26.10.2017
1185

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib: "Həmin dairələr başa düşməlidir ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər an hazırdır və bu cür əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əsirgəməyəcək".

 

Daha sonra komitə sədri əlavə edib: "Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib və o şəxslər ki, Azərbaycanda terror törətmək istəyir, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, biz onlara qarşı qətiyyətli olmalıyıq, onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik".

OXŞAR XƏBƏRLƏR