Dünya şöhrətli müğənni Dua Lipa Kosova vətəndaşlığını alıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, prezident Vjosa Osmani ilə görüşən müğənniyə prezidentin fərmanı və vətəndaşlıq verilib.
Osmani Facebook hesabında "Xoş gəlmisiniz, Dua! Bu gün ölkə tarixinin ən mühüm mədəniyyət və incəsənət xadimlərindən biri olan Dua Lipaya prezidentin fərmanı ilə Kosovo vətəndaşlığını vermək mənim üçün ayrı bir şərəfdir. Kosova həmişə sizinlə fəxr edəcək" deyə bildirib.
Aysel