"Madame Tussauds İstanbul" mum heykəli muzeyi kolleksiyasına Dua Lipanın heykəlini əlavə edib.
AZXEBER.COM xəbər verir ki, muzeyin Türkiyədəki baş direktoru Tankut Tonger heykəl açılışından sonra Dua Lipanın karyerasında əldə etdiyi uğurlara diqqət çəkərək heykəlin hazırlanma prosesindən danışıb.
Onun sözlərinə görə məşhur müğənninin mumdan heykəlinin hazırlanmasına təxminən bir il vaxt sərf olunub. Heykəlin üslubu üçün Dua Lipanın Amerika komandasından xüsusi icazə alınıb.
Aysel