Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Mahra sosial media hesabında paylaşımı ilə gündəm olub.
AZXEBER.COM xəbər verir ki, Mahra ərindən boşandığını açıqlayıb.
O, keçmiş həyat yoldaşına səslənərək "Siz başqa işlərlə məşğul olduğunuz üçün, mən də boşanmamızı elan edirəm. Səni boşayıram, səni boşayıram, səni boşayıram. Özünə yaxşı bax. İmza keçmiş arvadın” sözlərini yazıb.
Bu paylaşımdan sonra hər iki tərəf "instaqram"da bir-birin dostluqdan çıxardaraq fotolarını siliblər.
Xatırladaq ki, ötən il möhtəşəm toyla ailə quran cütlük 2 ay əvvəl valideyn olmuşdular.
Aysel