Maşınları ilə daim gündəmdə olan Dubay ŞeyxiƏl Maktumun qarajının videosu “Yutub” video şəbəkəsində maraqla izlənir.
“Axar.az”ın təqdim etdiyi videoda Əl-Maktumun maşın qarajındakı yüzlərlə maşını izləyə bilərsiniz. Bu videonun çəkildiyi tarixdən sonra Əl Maktum qiyməti 8.2 milyon dollar olan “super bus” adlanan yeni avtomobil də alıb. 23sərnişin yeri olan qeyri-adi maşın Hollandiyada, Delft Texnologiya Universitetində sözün əsil mənasında yaradılıb. Yaradıcı qrupa hollandlar arasında ilk dəfə kosmosda olan,1985-ci ildə orbitə çıxmış professor Ubbo Oskels rəhbərlik edib.
“Maşın-avtobusu“ yaradan qrupda "Formula-1" avtoçempionatının aerodinamika üzrə mütəxəssisləri də olub.
"Super Lamborgini"yə bənzəyən tünd-göy rəngli super avtobus250km/saat sürətlə hərəkət edə bilir.
Uzunluğu15, eni2,5, hündürlüyü isə1,65metr olan maşın Dubayla Əbu-Dabi arasındakı120kilometrlik məsafəni yarım saatdan da az vaxta qət edir.