Dubay-Tbilisi təyyarəsi Bakıya təcili eniş etdi

Dubay-Tbilisi təyyarəsi Bakıya təcili eniş etdi
SOSİAL
12:56 27.12.2022
123
Tbilisi hava limanında güclü duman səbəbindən "FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bu barədə AZXEBER.COM-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə, "Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.
OXŞAR XƏBƏRLƏR