Duma Rusiya ilə Venesuela arasında strateji tərəfdaşlıq sazişini ratifikasiya edib

Duma Rusiya ilə Venesuela arasında strateji tərəfdaşlıq sazişini ratifikasiya edib
DÜNYA
19:18 21.10.2025
90
Rusiya Dövlət Duması Venesuela ilə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib.

Rusiya parlamentinin aşağı palatasının bu gün keçirilən plenar iclasında Rusiya ilə Venesuela Bolivar Respublikası arasında strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya olunub.

Qeyd edək ki, Rusiya Federasiyası ilə Venesuela Bolivar Respublikası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş 2025-ci il mayın 7-də Moskvada imzalanıb.

Bu ilin oktyabr 16-da Rusiya prezidenti Vladimir Putin sənədi ratifikasiya olunmaq üçün Dumaya göndərib.
 
\apa
OXŞAR XƏBƏRLƏR