Dünən baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb - RƏSMİ

Dünən baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb - RƏSMİ
SOSİAL
14:25 24.03.2021
421
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələri haqqında statistik məlumatlar açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 23-də törədilən 30 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR