Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi

Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
SOSİAL
16:29 25.09.2026
251
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.

Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Nəcəfov bu vəzifəyə 2024-cü ilin may ayında təyin edilmişdi.

Digər bir qərarla, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı sərəncamı ilə Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
OXŞAR XƏBƏRLƏR