Dünya Azərbaycanlı Gənclər Birliyinin iştirak etdiyi festivalda Ginnes rekordu qeydə alındı

GƏNCLİK
15:33 17.09.2012
1695
16 sentyabr tarixində Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərinin Olimpik stadionunda “World Peace Initiative” adlı festivalı keçirilmişdir. Festivalda ölkəmizi Dünya Azərbaycanlı Gənclər Birliyinin Koreya nümayəndəsi KAIST Universitetinin tələbəsi Cavid Əliyev təmsil edib.ABŞ, Avropa, Afrika, Asiya ölkələrinin bir çox aparıcı telekanalları bu festivalı işıqlandırmışlar. Festivalın açılış mərasimi 150-dən çox ölkənin iştirak etdiyi təntənəli keçidlə başlayıb. Belə ki, festivala qatılan və müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən 100.000 iştirakçı “Dünyaya Sülh”  ismarıcı veriblər. Onu da əlavə edək ki, festivalda yeni Ginnes rekordu qeydə alınıb. Eyni anda 100.000 çıraq işıqlandırılmışdır.

OXŞAR XƏBƏRLƏR